Məşhur müğənni dövlət bayrağıyla yer sildi - QALMAQAL

Məşhur müğənni dövlət bayrağıyla yer sildi - QALMAQAL
Məşhur kanadalı müğənni, yeniyetmələrin sevimlisi Castin Biber yeni qalmaqal ilə gündəmə gəlib. Bu dəfə o, Argentinadakı konserti zamanı bu ölkənin dövlət bayrağıyla yer silib. ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, müğənninin bu hərəkəti yerli sakinlərin qəzəbinə səbəb olub. Keçən şənbə günü baş tutan konsertdə fanatlar müğənninin çıxış elədiyi səhnəyə Argentinanın iki bayrağını atıblar. Biber isə ayağına dolaşmasın deyə, bayraqları ayağı ilə sürüyə-sürüyə səhnənin kənarına atıb. Bu isə birmənalı qarşılanmayıb. Biberin agenti Skuter Braunun sözlərinə görə, müğənni gələcəkdə yenə Argentinaya səfər etmək niyyətindədir. Qeyd edək ki, dövlət bayrağının təhqir edilməsinə görə, günahkarı 4 il həbs cəzası təhdid edə bilər. Ancaq məsələ ilə bağlı Biberə hələ ki, rəsmi ittiham irəli sürülməyib.Braziliyada isə Biberin hərəkətlərinə dözmək istəmirlər. Polis Castin Biberin Rio-de-Janeyrodakı tarixi binaya qraffiti çəkməsini araşdırır. Əgər artistin günahı sübuta yetirilsə, onu 1 illik həbs cəzası gözləyir. Braziliyalı jurnalistlər də Biberdən yanıqlıdırlar, müğənninin bu ölkəyə səfəri zamanı jurnalistlər onun cangüdənləri tərəfindən döyülmüşdülər. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti