Mərkəzi Qan Bankı BNA-ya təşəkkür etdi (FOTOLAR)

Mərkəzi Qan Bankı BNA-ya təşəkkür etdi (FOTOLAR)
Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı qan donorluğunda fəal iştirakına görə Bakı Nəqliyyat Agentliyinə (BNA) təşəkkürnamə təqdim edib.

Bu barədə Ann.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova qana ehtiyacı olan insanlara dəstək olub həyat xilas etdiklərinə görə BNA-nın kollektivinə minnətdarlığını bildirib, Agentliyin Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə qoşularaq könüllü qanvermə aksiyasında iştirak etməsinin əhəmiyyətini vurğulayıb. 

BNA sosial məsuliyyət layihələri çərçivəsində bir neçə dəfə belə xeyirxah aksiyaları dəstəkləməyə davam edəcək. 



www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti