“Meqa Həyat Sığorta” KMDF-ə könüllü ianə edib

“Meqa Həyat Sığorta” KMDF-ə könüllü ianə edib
"Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Meqa Həyat Sığorta” ASC tərəfindən könüllü ianə edilib.

Bu barədə Ann.az-a şirkətdən məlumat verilib.

Məlumata görə, şirkət, öz növbəsində, Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) 100 min manat məbləğində maliyyə vəsaiti köçürüb.

"Meqa Həyat Sığorta” ASC kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti