Müəllimlərə şad xəbər: maaşlar iki dəfə artacaq

Müəllimlərə şad xəbər: maaşlar iki dəfə artacaq
Azərbaycanda müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqlarının adambaşına düşən ümumdaxili məhsula (ÜDM) nisbəti mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılacaq.“Trend”-in məlumatına görə, bu, ölkə prezidentinin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulur. Strategiyaya əsasən, tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən ümumdaxili məhsula nisbəti mərhələlərlə 2 dəfəyədək artırılacaq.Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin stimullaşdırılması üçün mexanizmlər hazırlanacaq.

Tərəfdaşların xəbərləri

Xəbər lenti