Müəllimə şagirdini dişlədi - HADİSƏ

Müəllimə şagirdini dişlədi - HADİSƏ
Ukraynanın Zakarpatye əyalətində ukrayna dili müəlliməsi 8 yaşlı şagirdini çiynindən dişləyib. ANN.Az-ın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, insident 12 noyabr tarixində Barboro kəndində dərs zamanı baş verib. Şagirdin valideyninin sözlərinə görə, müəllimə imlanı axıra qədər yaza bilmədiyinə görə uşağı dişləyib. Müəllimənin bu barədə nə dediyi hələlik məlum deyil. Şagirdin valideynləri hadisə barəsində polisə şikayət ərizəsi yazıblar. Məktəbin rəhbərliyi isə məsələni sakitcə yoluna qoymaq üçün valideynləri dilə tuturlar. Qeyd edək ki, Ukrayna müəllimləri belə hadisələrə görə, tez-tez mətbuatın gündəminə düşürlər. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti