Mehriban Əliyevadan Ağdam təbriki

Mehriban Əliyevadan Ağdam təbriki
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instagram səhifəsində Ağdamın işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib.

Ann.az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər,

Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".

//
www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti