Mehriban Əliyeva gəncləri təbrik etdi (FOTO)

Mehriban Əliyeva gəncləri təbrik etdi (FOTO)
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib.

Ann.az xəbər verir ki, Birinci vitse-prezident bu barədə "İnstagram” səhifəsində yazıb.

"Əziz gənclər, Sizin hər birinizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Siz – ölkəmizin gələcəyisiniz. Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!" deyə Mehriban Əliyeva bildirib.
 


www.ann.az

Xəbər lenti