Reket bloger Ata Abdullayevin həbs müddəti uzadıldı

Reket bloger Ata Abdullayevin həbs müddəti uzadıldı
Ata Abdullayev barəsində həbs qətimkan tədbiri uzadılıb.

Ann.az-ın məlumatına görə, məhkəmə istintaq orqanının təqdimatı ilə Səbail Rayon Məhkəməsində həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Məhkəmənin qərarı ilə A.Abdullayev barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, bu il martın 14-də A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində Səbail rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti