Məhəd Musaoğlunun ikinci sərgisi olacaq

Məhəd Musaoğlunun ikinci sərgisi olacaq

Noyabrın 15-16-da gənc fotoqraf Məhəd Musaoğlunun "Kiçik obyektiv - böyük kəşf" adlı ikinci sərgisi baş tutacaq.Axşam.az xəbər verir ki, bu barədə fotoqrafın özü məlumat verib.Onun sözlərinə görə, budəfəki sərgisi keçən ilkindən fərqlənəcək:“550” adlanan ilk sərgim peşəkar olmayan fotokamera ilə lentə alınan rəsmlərdən ibarət idi. Yeni sərgimdə isə sübut etmək istəyirəm ki, fotoqraflıq etmək üçün heç də yalnız bahalı aparatlar gərək deyil. Buna kiçik bir telefon da kifayət edə bilər”.Qeyd edək ki, "Yeni Gallery" Bakı İncəsənət Mərkəzində keçiriləcək sərgi Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər fondunun dəstəyi ilə baş tutacaq.Saat 19:00-da başlayacaq tədbirdə millət vəkilləri, tanınmış incəsənət xadimləri və media nümayəndələrinin iştirakı gözlənilir. ANN.Az

Xəbər lenti