Martino: "Messinin yerinə olsaydım, millidən gedərdim"

Martino:
Argentina millisinin baş məşqçisi Xerardo Martino futbolçusu Lionel Messiyə edilən tənqidlərə münasibət bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o,  Messinin tənqidlər səbəbindən milli karyerasını bitirmək haqqı olduğunu düşündüyünü deyib

"Heç kim mənə deməyib ki, Messi yoldaşlıq matçlarında oynaya bilməz. Nə Messinin özü, nə də Argentina Futbol Federasiyasının prezidenti bu barədə danışmayıb. Belə məsələlər haqqında danışmaq  şayiələrə səbəb olur. Messini tənqid edənlərin futboldan danışmağa haqqı yoxdur".

X.Martino bildirib ki, Messinin milli karyerasını bitirmə ehtimalı haqqında fikirlər onu məyus edir:

"Amma Messinin yerində olsaydım, millidən gedərdim".

Xatırladaq ki, L.Messinin "Barselona"da milli ilə müqayisədə daha yaxşı oynadığı düşünülür. Bundan başqa, onun yoxlama oyunlarında oynamaq istəmədiyi iddia edilir.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti