Martda 16 gün iş olmayacaq

Martda 16 gün iş olmayacaq
Azərbaycanda mart ayının gəlişi həm də tətil ab-havası deməkdir. 

Ann.az xəbər verir ki, bu il martda Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 8 qeyri-iş günü olacaq.

Belə ki, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq. İş günü 27 martdan hesablanacaq.

Bu barədə Baş nazir Novruz Məmmədov hələ ötən il dekabrın 19-da sərəncam imzalayıb.
 
Qeyd edək ki, şənbə və bazar günlərini də nəzərə aldıqda, mart ayında 16 gün qeyri-iş günü olacaq. Beləliklə, mart ayının 2, 3, 8, 9, 10, 16, 17, 20, 21, 22, 23, 24, 25, 26, 30 və 31-i iş günü olmayacaq.

www.ann.az

Xəbər lenti