Markiz De Sadın romanı ilk dəfə Azərbaycan dilində

Markiz De Sadın romanı ilk dəfə Azərbaycan dilində
Markiz De Sadın Azərbaycan dilində ilk kitabı nəşr olunur.Bu barədə məlumatı Qaynar.info saytına  layihənin rəhbəri Vüqar Bəhmənzadə verib.Onun sözlərinə görə, kitabı Azərbaycan dilində nəşr etmək Azad Gənclik Təskilatı və" Carpe Diem" nəşriyyatının birgə layihəsidir. Kitabın satışa çıxarılması bu ayın sonuna gözlənilir. Kitabda iki qadın və 3 kişinin bir otaqda müxtəlif fəlsəfi mövzularda müzakirələrindən bəhs edir. Kitabın qiyməti 5 manatdır.Markiz De Sad Fransız ədəbiyyatının məşhur nümayəndələridəndir. Yazıçının əsərləri Napoleon Bonopartın dövründə qadağan edilərək yandırılıb, özü isə dəlixanaya salınıb. ANN.Az

Xəbər lenti