Mario Qomes "Beşiktaş"dan ayrıldı

Mario Qomes
Mario Qomes yeni mövsümdə "Beşiktaş"da çıxış etməyəcək.

Qol.az-ın məlumatına görə, bu barədə o, özünün "Tvitter" hesabından yazıb.

Alman hücumçu Türkiyədə baş verən son hadisələrdən sonra bu qərarı verdiyini bildirib.

Qeyd edək ki, M.Qomes ötən mövsüm icarə əsasında "Beşiktaş"da çıxış edib. O, Türkiyə superliqasında vurduğu 26 qolla bombardir olub. M.Qomes müqavilə ilə "Fiorentina"ya məxsusdur.

www.ann.az

Xəbər lenti