Manat cüzi ucuzlaşdı - Məzənnə

Manat cüzi ucuzlaşdı - Məzənnə
Bu gün avqustun 5-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
 
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 6-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% azalaraq 1,0497 manata düşüb.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0047 manat və ya 0,41% artaraq 1,1452 manat olub.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti