Mahir Məmmədov: "Teymur Rəcəbovun qələbəsi Azərbaycan idmanının ən pik uğur səhifəsidir" (MÜSAHİBƏ)

05 Oktyabr 2019, 12:53
05 Oktyabr
2019
12:53
371
Azərbaycan Şahmat Federasiyasının (AŞF) və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun "Report"a müsahibəsi
- Teymur Rəcəbovun Dünya Kubokundakı qələbəsini necə dəyərləndirirsiniz?
- Bu, Azərbaycan idmanının ən pik uğur səhifəsidir. Mən deyərdim ki, Rusiyanın Xantı-Mansiysk şəhərində Azərbaycan şahmatının ən parlaq səhifəsi yazıldı. Teymur Rəcəbov Dünya Kubokunun iştirakçıları arasında ən güclüsü olduğunu sübut etdi. Rəcəbov bunu bütün mərhələlərdə nümayiş etdirdi. Daha əvvəl 3 dəfə komandalar arasında Avropa çempionu olmuşuq, hazırda qitə çempionu ranqındayıq. Şəhriyar Məmmədyarov rapid üzrə dünya çempionu olub. Rəcəbovun nailiyyəti isə ən pik nöqtədir. Təsadüfi deyil ki, möhtərəm cənab Prezidentimiz bu hadisəyə dərhal reaksiya verdi. Artıq dünən axşam Prezidentin səhifəsində Teymur Rəcəbova təbrik məktubu dərc olundu. Mən Teymurun yanında idim. Deyərdim ki, bu təbrik ona çox böyük sevinc hissləri bəxş etdi. Şahmatçılar adından Prezidentimizə dərin minnətdarıq ki, o, şahmatı belə izləyir, diqqət və qayğı göstərir. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Teymur Rəcəbovu təbrik etdi. Bir sözlə, ötən gün axşamın ən unudulmaz dəqiqələri Rəcəbovun bu təbrikləri oxumağı, görməyi və sevinməyi oldu.
- AŞF və FIDE rəsmisi kimi Dünya Kuboku barədə təəssüratlarınız necədir?
- Dünya Kubokuna təşkilatçılar tərəfindən FIDE rəsmisi kimi dəvət olunmuşdum. Xantı-Mansiysk şəhərinə böyük məmnuniyyətlə getdim. Artıq həmin vaxt Teymur Rəcəbov finalda oynayırdı. Çinli Dinq Lirenə qarşı keçirildiyindən, həlledici qarşılaşmanın çox gərgin alınacağı gözlənilirdi. Liren ən az uduzan şahmatçılardandır. İl ərzində bir neçə partiyada məğlub olduğu halda, 90-dək partiyada yenilmir. Xüsusi qeyd etməliyəm ki, Sent-Luisdəki son "Grand Chess Tour" yarışları çərçivəsində o, finalda hazırkı norveçli dünya çempionu Maqnus Karlsenə qalib gəlmişdi. Çinli şahmatçı Dünya Kubokunda ikinci dəfə finala yüksəlmişdi. Hiss olunurdu ki, kuboku qazanmağı hədəfləyib. Bir sözlə, Rəcəbov dünyanın üçüncü şahmatçısı və ən güclülərdən birinə qarşı çıxış edirdi. Ona görə də final matçının çox maraqlı və gərgin, Teymur üçün ağır keçəcəyi gözlənilirdi. Belə də oldu.

- Amma bunadək Rəcəbov 6 rəqibini, o cümlədən, Şəhriyar Məmmədyarovu üstələmişdi...
- Rəcəbovun qələbəyə gedən yolu da çox maraqlı alındı. Tarixdə ilk dəfə Azərbaycanın iki lider şahmatçısı Dünya Kubokunda üz-üzə gəldi. O görüşü Teymur Rəcəbov da, Şəhriyar Məmmədyarov da uda bilərdi. Bərabər səviyyəli, dost, amma rəqib şahmatçıların matçı oldu. 1/4 finalda Teymur son illərin çox sürətlə yüksələn şahmatçısı, əvvəlki mərhələlərdə rusiyalı Sergey Karyakin və polşalı Yan-Kşiştof Dudanı üstələmiş ABŞ təmsilçisi Ceffri Şonqu yenmək asan deyildi. Hətta bəzi məqamlarda bizdə həyəcan da var idi. Yarımfinal görüşü fransalı Maksim Vaşye-Laqravla oldu. O da dünyanın lider şahmatçılarından biridir, son illər çox sabit çıxış edir. Lakin Teymur ikinci klassik partiyanı çox gözəl üslubda uddu. Əla gedişlərlə rəqibinə faktiki debütdən çıxmaq imkanı vermədi. Nəticədə o, özü üçün əlavə istirahət günü qazanaraq, finala hazırlaşmağa başladı.
- Dünya Kubokunun final qarşılaşmasında hansı partiyanı xüsusi qeyd edərdiniz?
- Finalın ikinci partiyasını Liren çox güclü keçirmişdi. Rəcəbovun o partiyada heç bir şansı yox idi. Üçüncü partiyanı isə hər kəs şedevr, ilin ən yaxşı görüşlərindən biri sayır. Teymur tamamilə az material və qüvvə ilə bərabərliyə oxşar vəziyyətdə Anatoli Karpovun ən yaxşı illərdə göstərdiyi oyun üslubunda rəqibini get-gedə sıxa-sıxa məğlub olmağa vadar etdi. Bununla da ümumi hesab bərabərləşdi. İlk və son partiyalar heç-heçə ilə bitdiyi üçün qarşılaşma "tay-breyk"ə keçdi. Bu zaman həyəcanımız daha da artdı. Çünki Liren vaxta nəzarətlə keçirilən blits və rapidləri çox gözəl oynayır. Karlsen üzərində də çox gözəl qələbəni blitsdə qazanmışdı. Ona görə də necə olacağını həyəcanla izləyirdik.

- Rəcəbovun əvvəlki turnirlərdə görüşlərini izləyərkən, onun gedişlər üzərində çox fikirləşdiyini müşahidə etmişdik. Bu mənada Dünya Kubokunun taleyi vaxta nəzarət prinsipi ilə keçirilən "tay-breyk"ə uzandıqda onun səhvə yol verərək, oyunu əldən verəcəyindən ehtiyatlanmırdınız?
- Ümumiyyətlə, Teymur seytnota düşən şahmatçı sayılır. Lakin Dünya Kubokunda dünənki "tay-breyk"lərədək o, öz vaxtını çox düzgün və qənaətlə sərf edirdi. Hamı Rəcəbovun bir qayda olaraq, seytnota düşməməsinə təəccüblənirdi. Lakin bildiyim qədərilə Liren finala nəzəri anlamda həddən artıq hazırlıqlı idi. Onun gənc - cəmi 26 yaşında olması da müsbət tərəfi idi. Blits və rapiddə də çox gözəl mübarizə apardığını da bilirdik. Teymurun rəqibindən hətta 11 dəqiqəyədək geri qaldığı oyunlar olub. Lakin o, sonradan oyunu ilə vəziyyəti bərabərləşdirir və əks-hücuma keçirdi. Yəni, çox maraqlı mübarizə taktikası var idi və nəticə uğurlu alınırdı. Ümumiyyətlə, Teymur son vaxtlar yalnız FIDE-nin rəsmi yarışlarında çıxış edir, kommersiya yönümlü turnirlərə ümumiyyətlə qatılmırdı. Lakin Dünya Kubokuna çox gözəl hazırlaşdı. Baxmayaraq ki, özü şahmatla az məşğul olduğunu və Dünya Kubokunda qalibiyyəti hədəfləmədiyini bildirirdi. Əlbəttə, onun az və ya çox məşğul olması nisbi anlayışdır. Müqayisə üçün deyim ki, 2011 - 2013-cü illərdə İddiaçılar Turnirlərinə gündə 11-12 saat hazırlaşırdı. Az deyəndə nəyi nəzərdə tutur, özünüz təsəvvür edin (gülür).
www.ann.az
Xəbər lenti
-
10:23Qusarda "RUS AZERİ SPİRİTS” zavodu açıldı (FOTOLAR)
-
17:55Ermənistanla sərhəddə döyüş mövqelərimiz irəli çəkilib (RƏSMİ)
-
17:17İlham Əliyev Dövlət Komissiyasının tərkibini dəyişdi
-
17:16Xaçmazda yol tikintisinə 15,4 milyon manat ayrıldı
-
16:51Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı (TƏFƏRRÜAT)
-
15:25"İnsanlar sürət qatarlarına üstünlük versə, bu, Bakı-Sumqayıt yolundakı sıxlığı azaldacaq" (RƏY)
-
14:45Prezident tankerin istismara verilməsi mərasimində (FOTOLAR)
-
14:25Vilayət Eyvazov Novruz Məmmədovun oğluna vəzifə verdi
-
13:22Şənbə gününün hava proqnozu açıqlandı
-
12:34Abşerondan iddialı namizəd - Zahir Əzəmət artıq imzatoplama kampaniyasına başlayır
-
11:52ABŞ səfiri: "Senatın qətnaməsi Ağ Ev siyasətini əks etdirmir"
-
11:41Baş nazirdən hakimiyyət orqanlarına tapşırıq (SƏRƏNCAM)
-
11:23Türkiyədən ABŞ-a qondarma "erməni soyqırımı" etirazı
-
10:40ABŞ Senatı "erməni soyqırımı" haqda qətnaməni qəbul etdi
-
10:37Yanvarın 1-dən 50 AZN ödəməlisiz, əks halda 30 AZN cərimə olunacaqsız
-
21:44Şamaxıda Heydər Əliyevin anım günü qeyd olundu (FOTOLAR)
-
16:50Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə! (R)
-
16:29"Bakı Metropoliteni" bu gün yarım saat artıq işləyəcək
-
15:33Rusiya XİN-dən Dağlıq Qarabağ açıqlaması
-
13:31Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət etdi (FOTO/YENİLƏNIB)
-
13:22Weather forecast for tomorrow announced
-
13:21Sabah hava necə olacaq?
-
12:21Aparat rəhbərinin müavini: "Nazirlər Kabinetində islahatlar davam edir"
-
12:09Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
-
11:41Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə rəsmi münasibət
-
10:05İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım edib (FOTO)
-
10:01Mehriban Əliyeva: "Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm” (FOTO)
-
09:49"Qarabağ" Avroliqada son oyuna çıxır
-
09:28Heydər Əliyevin vəfatından 16 il ötür
-
16:58Neft Emalı Zavoduna yeni direktor təyin olundu (FOTO)
-
16:48Azercell-dən rəqəmsal Yeni İl kampaniyası! (R)
-
16:35İlham Əliyev Neftçalaya beş milyon manat ayırdı
-
13:59Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı açıqlama
-
12:49İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul etdi
-
12:45Sabahın hava proqnozu
-
11:42“EuroHome”da baş verən yanğınla bağlı cinayət işi başlanıldı
-
11:24Sabah Bakının bu yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
-
11:18YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
-
10:57Gürcüstandan Azərbaycana keçmək istəyən çobanın itləri sərhədçilərə hücum etdi
-
15:56Professor: "Üfüqi quyularla hasilatı bir neçə dəfə qaldıra bilərik" (RƏY)
-
15:12Bu tarixdən bütün pensiyalar 13-14% artacaq (RƏSMİ)
13 Dekabr 2019
12 Dekabr 2019
11 Dekabr 2019
10 Dekabr 2019
Digər xəbərlər
-
İdman
"Qarabağ" Avroliqada son oyuna çıxır
-
İdman
Prezident İdman Kompleksinin tikintisinə 7,5 milyon manat ayırdı
-
İdman
Şenol Günəş: "Azərbaycanda öz meydanımızda oynayacağımızı düşünürük"
-
İdman, Fotolar, Vİdeo
Mehriban Əliyevanın AGF prezidenti kimi 17 illik fəaliyyəti dünya idmanı üçün nümunədir (RƏY/VİDEO)
-
İdman
Sumqayıt stadionu yenidən qurulacaq (SƏRƏNCAM)
-
İdman
Avropa Gimnastika İttifaqının adı dəyişdirildi
-
İdman, Fotolar, Vİdeo
7 illik tarixində unudulmaz oyunlara və nüfuzlu komandalara qucaq açmış stadion (FOTO/VİDEO)
-
İdman, Vİdeo
Gəncədə AFFA-nın layihəsi əsasında yaradılmış komanda (VİDEO)
-
İdman
"Qarabağ" Kiprdən məğlub qayıdır