Lukas Padolski “Qalatasaray”da

Lukas Padolski “Qalatasaray”da
"Qalatasaray” uzun müddətdir danışıq apardığı "İnter"in futbolçusu Lukas Padolski ilə razılıq əldə edib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Almaniya millisinin üzvü bu gün İstanbula gedəcək.

Xəbərdə bildirilir ki, Antalyada istirahətdə olan 30 yaşlı futbolçu bu gün tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

Qeyd edək ki, 2012-ci ildən "Arsenal"da oynayan hücumçu ötən mövsüm İtaliya "İnter"inə transfer olunub.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti