London metrosunda azmamaq üçün nə etməli? - REPORTAJ

London metrosunda azmamaq üçün nə etməli? - REPORTAJ
Rüstəm Qasımov 

London metrosu dünyada ən qədim metrodur. Onun 270 dayanacağı var.  İngilislər ona "London underground” və ya "London tube”  adı veriblər. Onun ümumi uzunluğu 402 km-dir və onun 45 faizi yerin altından keçir. 


London metrosunun xəritəsin ilk görəndə adam şok keçirdir, ikinci dəfə baxdıqda adamı dəhşət bürüyür, yalnız üçüncü baxışdan sonra adam özünə gəlməyə başlayır, çünki təsvir olunduğu qədər dəhşətli olmadığını anlayırsan. 


Metrodan istifadə üçün siz mütlıq nəqilliyat kartı olan «Oyster kart»  almalısınız. Bu kartla avtobuslardan da istifadə edə bilərsiz. İkincisi, əgər siz Britaniyaya bir həftəlik turist kimi gəlmisinizsə, o zaman siz özünüzə uyğun və rahat olacaq paket almalısınız.  
 

London metrosunun nəqiliyyat kartı on zonaya bölünüb. Kartın qiyməti sizin hansı zonada hərəkət etməyinizdən asılı olacaq. Məsələn siz 1-ci zonadan 2-ciyə, 1-cidən 3-cüyə və ya 4-cüyə və s. seçə bilərsiniz. Ən əsası odur ki, siz gedəcəyiniz yerləri özünüz üçün müəyyən edəsiniz. Qeyd edim ki, Londonun bir çox görkəmli yerləri kompakt şəkildə birinci zonada yerləşir. Bəzən bir görməli yerdən digərinə getmək üçün heç nəqilliyatdan da istifadəyə ehtiyac olmur, çünki onlar çox yaxın yerləşir. 


Qeyd: "Oyster kart”ın rəsmi səhifəsində www.oystercard.com –da nəqilliyatla bağlı bütün məlumatları əldə edə bilərsiniz. 

Məsələn, əgər siz Londonda bir həftə qalacaqsınızsa, o zaman 1-cidən 3-cüyə qədər olan zonalar üzrə kart alın, çünki sizə çətin ki, daha çox zona lazım olsun. Beləliklə, siz büdcənizə qənaət etmiş olacaqsınız, çünki ayrıca bilet almaq 2,5 funt sterlinqdir, kart isə limitsizdir. 


İngilis metrosundan istifadə edənlər üçün daha vacib bir məlumat: hər dəfə metroya düşəndə kartı aparata yaxınlaşdırırsız və aparat sizin oturduğunuz dayanacağı fiksasiya edir. Bundan sona çatdığınız dayanacaqda siz kartı aparata yenidən yaxınlaşdırmalısınız ki, o sizin neçə mil getdiyinizi ölçsün. Əgər siz bunu etməsəniz, Londonun İntellektual Nəqilliyat Sistemi sizin harda düşdüyünüzü təsbit edə bilməyəcək. Bundan daha önəmlisi, sizi ciddi cərimələyə bilərlər. Ona görə metroda sərnişinlərə daim xəbərdarlıq edilir ki, onlar metrodan  çıxanda kartı aparata yaxınlaşdırsınlar. Avtobusda gedəndə isə elə ilk girişdə kartı aparata tutmaq bəs edir.


Qeyd edim ki, metroda sizin köməyinizə çox az adam gələcək. Birincisi, ona görə ki, hər dayanacaqda sizə kömək edəcək metro işçiləri var və onlar sizə metronun xəritəsin verəcəklər. İkincisi,  dayanacaqda olanda orada gəzişən metro əməkdaşına müraciət etmək lazımdır və o sizə getmək istədiyiniz yeri rahatlıqla izah edəcək. Üçüncüsü, sizə kömək edəcək xoşməramlı ingilis həmişə tapılacaq, amma unutmaq lazım deyil ki, "ças-pik” olmayan vaxtlarda metrodan daha çox xaricilər istifadə edir və onların özü də sizə müraciət edə bilər. Qeyd edim ki, belə hadisələr başıma az gəlməyib. 


Eyni dayanacaqdan bir neçə metro qatarı keçə bilər. Ümumi xəttlərın sayı 10-nu keçir. Hər bir xəttin fərqli rəngi var və onlar hamısı xəritədə qeyd edilib. Buna görə siz xəttin hansı yerdə olduğunu müəyyən etməli və rəngini yadınızda saxlamalısınız. Yalnız bu halda problemsiz hərəkət edə bilərsiniz.


Bundan başqa siz gedəcəyiniz dayanacağın harada yerləşdiyini işarələnmiş oxlarla müəyyən edə bilərsiz. 


Siz platformaya çıxdıqda, orada iki platformanın sxemi qarşınıza çıxacaq. Siz bu sxem vasitəsi ilə qatarların hərəkət qrafiklərini müəyyən edə və minəcəyiniz qatarı təyin edə bilərsiz.  




İndi isə platforma barədə bir neçə kəlmə yazım. İngiltərədəki metro müxtəlif dərinlikdə yerləşir. 


Elə dayanacaqlar var ki, siz ora pilləkənlərə düşməli və öz elektriçkanızı gözləməlisiz.  Elə dayanacaqlar var ki, daha dərində yerləşir. Bunun üçün eskalator və ya xüsusi liftdən istifadə etmək lazım olur. London torpağının tərkibi səbəbindən, metro dayanacaqlarının çoxu elə də dərinlikdə yerləşmir. Qeyd edim ki, bəzi dayanacaqlar açıq səmaya çıxır və qəfil yerin altından havaya çıxmaq sizləri çaşdırmasın. 


Qeyd edim ki, ola bildiyim bütün dayanacaqlar təmiz və rahat idi. Hər yerdə təmizlik işləri aparan işçilər var idi. Zibil qutuları hər yerdə var və siz əlinizdəki boş şuşə və ya digər əşyadan qurtulmaq üçün çox baş sındırmayacaqsınız. Hər şey çox asan və sadədir. 


Dayanacaqların hamısı reklamlara örtülüdür, amma qatarın içərisində heç bir reklam panalı yoxdur.  




Ən məşhur dayanacalar olan "Vestminster”, Pikadilli-Serkuz”, "Viktoriya”da siz musiqi ifadə edən insanlar görəcəksiniz. Hər zaman sərnişinlərin onları dinlədiyini şahidi olacaqsız. Qeyd edim ki, insanlar "küçə musiqiçilərinin” yaşaması üçün öz xırda pullarından keçməyi problem etmirlər.

 

London metrosunda fövqəladə hallar üçün nəzərdə tutulmuş işarə:


Hər dayanacaqda oturacaqlar var:


Qatarlara gəldikdə, onlar haqqında daha ətaflı yazmaq istəyirəm. Xəttlərdən asılı olaraq onlar fərqlənir. Məsələn, «CircleLine‎» akkardionla qatarlar bir-birinə birləşir və siz bir vaqondan digərinə rahatlıqla keçid edə bilirsiz.


Oturacaqlara gəldikdə, onlar da fərqli olur. 
 

«Districtline»a məxsus olan vaqonların oturacaqları öz rahatlığı ilə seçilir. Oturarkən sanki kresloda oturmuş kimi özünü hiss edirsən.


Əgər sizə lazım olan dayanacağa gəlmisiniz və qapı açılmırsa, o zaman qapının yanında olan xüsusi düyməyə basmaqla qapını aça bilərsiz. Qeyd edim ki, bir çox vaqonların içində elektron lövhə yerləşir və həmin lövhədə növbəti dayanacaq qeyd edilir.


Bundan başqa hər bir vaqonda, sizin azmamağınız üçün  London metrosunun xəritəsi yerləşdirilib.  Amma bəzi xəttlərdə növbəti dayanacaq ona yaxınlaşdıqda elan olunur.

 

 

Dayanacaqlar arasındakı məsafə orta uzunluqdadır. Bizim dayanacaqlardan fərqli olaraq onlar arasındakı məsafə daha qısadır. Amma darıxmamaq üçün kitab, jurnal və s. da oxuya bilərsiz.


Londonda olduğum günlərin birində mən metroda polislərin bir nəfər oğrunu tutduğunun şahidi oldum. 


Bununlada mənim London metrosunda keçirdiyim gün başa çatır. Səyahət isə davam edir...

 









www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti