Ölmüş ana 3 aydan sonra dünyaya uşaq gətirdi

Ölmüş ana 3 aydan sonra dünyaya uşaq gətirdi

Macarıstanda bir neçə ay bundan öncə beyni ölmüş ana dünyaya uşaq gətirib. 

ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Debreçen Bela Furedi şəhər universitetinin Tibbi Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, 31 yaşlı qadının beyin ölümü hamiləliyinin 15-ci həftəsində baş verib. Tibb işçiləri körpəni sağ-salamat dünyaya gətirmək üçün qadının orqanizmi üzərində işləyiblər.

Tamamilə sağlam olan oğlan uşağı anasının ölümündən 92 gün sonra dünyaya gəlib. Körpə hamiləliyin 27-ci həftəsində 1,42 kiloqram çəki ilə dünyaya göz açmasına baxmayaraq həkimlər onun tam sağlam olduğunu bildirirlər. Bundan sonra uşağın anasını həyata bağlayan aparatdan söndürüblər.

Yenicə dünyaya gələn uşağı qohumları öz himayələrinə götürüblər. Həkimlər ölmüş qadının ürəyini, böyrəyini və qaraciyərini başqa xəstələrə köçürüblər və ölmüş qadın nəticədə ən azı 4 nəfəri dünyaya qaytarıb.

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti