Ölkənin dəmir yolları dünəndən-bu günə - Sənədli Film

Ölkənin dəmir yolları dünəndən-bu günə - Sənədli Film
Dəmir yolları ölkələri, şəhərləri bir-birinə birləşdirir, insanları qovuşdurur, uzaq məsafələri yaxın edir. Xüsusilə də, keçmişdə təyyarələrin, avtomobillərin kütləvi istifadə edilmədiyi dövrdə dəmir yolları ölkənin əsas yükdaşıma və sərnişin  daşıma funskiyasını yerinə yetirib. Azərbaycan dəmir yolları isə dünyada ən qədim  tarixə malikdir və üç əsrlik bir dövrü əhatə edir. Ölkənin dəmir yollarının dünənindən bu günə qədər keçdiyi bütün mərhələləri özündə əks etdirən "Polad Magistral" adlı  sənədli film çəkilib.

"Report” xəbər verir ki, sənədli filmin çəkilişi "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) tərəfindən həyata keçirilib.

Sənədli filmdə dəmir yollarının iqtisadiyyatın əsas aparıcı gücü, şah damarı olduğu vurğulanır.

Qeyd edilir ki, hələ 1878-ci ildə neft daşımalarını həyata keçirmək üçün Azərbaycanda ilk dəmir yolları çəkilir. Bununla yanaşı, 1878-ci ildən bəri ölkənin dəmir yollarının keçdiyi tarixi faktlar, toxunulmayan məqamlar sənədli filmdə yer alıb. Sənədli filmdə bir neçə maraqlı məqamlara yer verilib.

Ermənilərin fəsadları

1899-cu ildə Tiflis-Qars dəmir yolu çəkildiyi zaman Gümrü stansiyasından İrəvana və Naxçıvana dəmir yolu çəkilməsi məsələsi qaldırılıb, lakin çar Rusiyasının İrandan, Türkiyədən köçürdüyü erməni əhalisi böyük iddia qaldırır. Onlar dəmir yolu xəttinə düşəcək torpaq sahələri, tut bağları üçün böyük miqdarda vəsiat tələb edirlər. Bu isə çar Rusiyasının Dəmir Yolları İdarəsinin dəmir yollarını çəkməkdən imtina etməsinə gətirib çıxarır.

 Dəmir yolunun çəkilməsində Sarvanlar kəndinin bəyi Uluxan ağanın xeyirxahlığı

İrəvan quberniyasının Sarvanlar kəndinin bəyi Uluxan ağa Dəmir Yolları İdarəsinə müraciət edərək ona məxsus torpaq sahələrində dəmir yollarının çəkilməsinə icazə verir və heç bir vəsiat tələb etmir. Çar Rusiyası layihəyə dəyişiklik edir. Dəmir yolları İrəvandan 14 verst aralı keçir. 1902-ci ildə Aleksandropol-Uluxanlı stansiyası istifadəyə verilir. Stansiyaya Uluxan ağanın adı verilir. Bu gün ermənilərin Massis adlandırdığı həmin stansiya Uluxanlı stansiyasıdır.

Sənədli filmdə dəmir yollarının son beş ildə infrastrukturunda əsaslı dəyişikliklərin olduğu qeyd edilir. 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti