Ölkədə olma müddəti bitən əcnəbilərin icazələri özləri müraciət etmədən uzadılıb

Ölkədə olma müddəti bitən əcnəbilərin icazələri özləri müraciət etmədən uzadılıb
"Azərbaycan ərazisində olan və koronavirusla bağlı məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılıb”.

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında bildirib. Onun sözlərinə görə, müddət mayın 31-nə qədər avtomatik uzadılıb: "May ayından sonra ikinci müddətin uzadılması məsələsi də aktuallaşdığından razılaşdırılmış qaydada qərar qəbul edildi ki, əcbəbilər giriş-çıxış bərpa olunana qədər ölkədə yaşaya bilərlər. Bir dəfə 60 gün müddəti uzadılan şəxslərin müddəti yenə uzadılıb”.

V.Hüseynov bildirib ki, dövlət sərhədində tətbiq olunan məhdudiyyətlər aradan qaldırılandan sonra həmin əcnəbilərin hansı müddətdə ölkəni tərk etmələri barədə qərar veriləcək.

Xidmət rəisi onu da bildirib ki, müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə müddətin uzadılması üçün rüsum 1 ay üçün 30, 2 ay üçün 60, yetkinlik yaşına çatmayanlar üçün 15 manatdır. Onun sözlərinə görə, bu dönəmlərdə ikinci müddət bitəndən sonra həmin şəxslər üçün rüsum ödənişi və müraciət tələb edilmir: "Sadəcə həmin şəxslər sərhədlər, gediş-gəliş açılandan sonra ölkədən getməlidirlər. Onda da DMX bildirəcək ki, həmin şəxslər hansı müddətə ölkəni tərk etməlidilər".


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti