Ölkə ərazisində ictimai nəqliyyatın hərəkət saatına məhdudiyyət qoyuldu

Ölkə ərazisində ictimai nəqliyyatın hərəkət saatına məhdudiyyət qoyuldu
Azərbaycan Respublikasının ərazisində elan edilən hərbi vəziyyətlə bağlı olaraq ictimai nəqliyyatın hərəkət saatı saat 06:00- 20:00 arası müəyyən edilib. 
 
Ann.az xəbər verir ki, bu haqda məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova verib. 
 
"Bakı şəhəri istisna olmaqla, Bakı-Sumqayıt istiqamətində hərəkət edən nəqliyyat vasitələri də daxil olmaqla hərbi vəziyyət elan edilmiş digər ərazilərdə  ictimai nəqliyyatın hərəkət saatı saat 06:00- 20:00 arası müəyyən edilib.
 
Qeyd edək ki, dünən Azərbaycan Prezidentinin fərmanı ilə ölkə ərazisində hərbi vəziyyət elan olunub.
 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti