Livanda partlayış: Attaşe həlak oldu

Livanda partlayış: Attaşe həlak oldu
Bu gün İranın Livandakı səfirliyi yanında baş vermiş partlayış diplomatik korpusa ciddi ziyan vurub.APA-nın İSNA-ya istinadən məlumatına görə, buna səbəb partlayışın İran səfirliyinin on metrliyində baş verməsidir. İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 23 nəfərin öldüyü, 150 nəfərin də yaralandığı bildirilir. Onların arasında İranın Livandakı səfirliyinin mədəniyyət attaşesi də var. Hadisə Livanın paytaxtı Beyrut şəhərinin cənubundakı Zahiyə rayonun əl-Cinah adlanan ərazisində baş verib. Partlayış nəticəsində 12 avtomobil yanıb və İran səfirliyinin ətrafındakı 6 binaya da ciddi ziyan dəyib. Xəbərdə həmçinin vurğulanır ki, iki dəqiqə ərzində iki partlayış baş verib. İlkin partlayışı intiharçı kamikadzenin törətdiyi ehtimal olunur. Çünki ikinci partlayış minalanmış “Renault” markalı avtomobillə törədilib. Bəzi xəbər saytları hücumda İranın Livandakı səfiri Qəzənfər Röknabadinin və digər iranlı diplomatların hədəf alındığını yazıblar. Hadisədən sonra Livanın baş naziri Nəcib Mikati İran səfiri ilə telefon əlaqəsi saxlayaraq, bunun bir terror aktı olduğunu söyləyib və təhlükəsizlik qüvvələrindən dərhal tədqiqata başlamağı xahiş edib. ANN.Az

Xəbər lenti