"Linfild" - "Qarabağ" oyununa təyinatlar açıqladı

Avropa Liqasının pley-off mərhələsinin "Linfild" (Şimali İrlandiya) - "Qarabağ" (Azərbaycan) oyununa təyinatlar açıqlanıb.

Ann.az xəbər verir ki, UEFA qarşılaşmanı isveçrəli hakimlərə tapşırıb. Görüşü Sandro Şörer idarə edəcək. Ona Stefan De Almeyda və Bekim Zoqay yardımçı olacaq. Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək.

Matçın hakim-inspektor xorvatiyalı Vlado Svilokos, UEFA nümayəndəsi isveçli Mikael Zaltser olacaq.

Qeyd edək ki, "Linfild" - "Qarabağ" matçı avqustun 22-də Belfastdakı "Windsor Park”da keçiriləcək və Bakı vaxtı ilə saat 22.45-də başlayacaq. Cavab görüşü isə avqustun 29-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

www.ann.az

Xəbər lenti