Leyla Əliyevanın kitablarının təqdimatı oldu (FOTOLAR)

Leyla Əliyevanın kitablarının təqdimatı oldu (FOTOLAR)
Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində sentyabrın 29-da Bakı Kitab Mərkəzində Xəzər Poeziya Birliyi tərəfindən Nəsimi şeir məclisi təşkil edilib. 

Ann.az xəbər verir ki, tədbirdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Spasibo” və "Molçaniye” kitablarının təqdimatı olub.

Poeziya məclisində iştirak edən Leyla Əliyeva kitablarından bir neçə şeir oxuyub.

Məclisdə gənc şairlər Nəsiminin təsiri ilə yazdıqları şeirlərini səsləndiriblər. Nicat Nəsri, Zaur Rəxşan, Tahirə Bərrar, Rüstəm Tofiq və başqalarının şeirləri böyük şairin sanki ruhu ilə mənəvi körpü yaradıb.

Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Arif Buzovnalı gənclərin bu şeirlərinin Nəsimi festivalında təqdim edilməsini yüksək dəyərləndirib. O, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirindən bir hissəni səsləndirib.

Sonda Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi bir neçə gündür davam edən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Nəsiminin şeirləri bütün dillərdə gözəl səslənir, Şərq poeziyasının gözəlliyini əks etdirir. Azərbaycan klassik poeziyasının etibarlı əllərdə olduğunu deyən İlqar Fəhmi xalqımızın ənənələrinin bundan sonra da davam edəcəyinə əminliyini bildirib və yaradıcı gəncləri təbrik edib.
 










www.ann.az

Xəbər lenti