Leyla Əliyeva zubrların təbitətə buraxılma mərasimində (FOTOLAR)

22 May 2019, 16:16
22 May
2019
16:16
454
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən birgə həyata keçirilən "Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində ölkəyə gətirilmiş zubrların mayın 21-də Şahdağ Milli Parkının İsmayıllı bölməsinə aid olan hissəsində onlar üçün yaradılmış xüsusi əraziyə buraxılması mərasimi keçirilib.
Ann.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və digər qonaqlar iştirak ediblər.
Vaxtilə ölkəmizdə nəsli kəsilmiş vəhşi öküz - Qafqaz zubru növündən olan 8 baş heyvan mayın 16-da Fransa və Belçika zooparklarından Azərbaycana gətirilib. Onlar üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb. Heyvanlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra Şahdağ Milli Parkına buraxılacaq. Əraziyə bu il daha 12 baş zubrun gətirilməsi də nəzərdə tutulur.
Yerli sakinlər və məktəblilər də zubrlara xüsusi maraq göstərərək tədbirə qoşulub, nəsli tükənmək təhlükəsi altında olan növlərin bərpası istiqamətində aparılan işlərlə tanış olub və öz dəstəklərini nümayiş etdiriblər. Eyni zamanda, tədbirə qatılan yerli gənc təbiətsevərlərə zubrların Azərbaycanda tarixi, onların təbiətdə rolu və mühafizəsi haqqında mühazirələr təşkil olunub.
Zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam etdirilir. Vəhşi öküzlər güclü, cüssəli heyvanlardır və qədim zamanlardan insanlar tərəfindən güc rəmzi kimi qəbul olunub.
IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi ilə birgə ölkəmizdə nadir növlər olan Qafqaz bəbiri, ceyran və zubrların populyasiyasının bərpası istiqamətində uğurlu layihələr icra edir.
Zubrların Azərbaycanda biomüxtəlifliyinin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq layihənin təşkilatçıları ölkəmizin şimal bölgələrində yaşayan əhalini və ümumiyyətlə respublika ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işinə dəstək olmağa çağırırlar.







www.ann.az
Xəbər lenti
-
10:23Qusarda "RUS AZERİ SPİRİTS” zavodu açıldı (FOTOLAR)
-
16:46Naxçıvan Ali Məclisinə seçkilər təyin edildi (SƏRƏNCAM)
-
16:40Prezident yol təmirinə 7,8 milyon ayırdı
-
14:16Demokratik İslahatlar Partiyasının VI qurultayı keçirildi (FOTO)
-
13:58Anar Əsədlinin millət vəkilliyinə namizədliyi ilə bağlı təşəbbüs qruipu yaradıldı (MÜRACİƏT)
-
13:49Xəzərə dair yüksək səviyyəli işçi qrupun növbəti iclasının tarixi açıqlandı
-
13:05Sabahın hava proqnozu
-
12:51Azərbaycanda yas mərasimlərinin keçirilməsinə qadağa qoyulur?
-
12:26Prezident rusiyalı naziri qəbul etdi
-
11:43Bu ilin sonuncu Günəş tutulması dekabrın 26-da baş verəcək
-
11:18Daha iki şirkət yeni radio üçün müsabiqəyə sənəd verdi
-
11:16Ən çox yağış bu qəsəbəyə yağıb - FAKTİKİ HAVA
-
11:14Xəzərin statusuna dair növbəti iclasın yeri dəyişdirildi
-
11:00Əli Cəfərovun 70 saylı Masallı şəhər dairəsindən namizədliyi irəli sürüldü
-
13:57Yevda Abramov dəfn edildi (YENİLƏNİB/FOTO/VİDEO)
-
12:56Sabaha gözlənilən hava proqnozu
-
10:59Azərbaycanda səs-küyün, titrəyişin çox olduğu şəraitdə işləyənlərin sayı çoxalıb
-
10:27Cəbhədə vəziyyət necədir?
-
10:16Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
-
14:46MSK seçkilərlə bağlı qərar verdi: Təşviqat nə vaxt başlayacaq? (YENİLƏNİB)
-
13:09Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq
-
13:04"Azercell" ilə Nəsimi irsindən zövq al
-
12:47Məzahir Pənahov: "Bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi..."
-
10:37İcra Hakimiyyətində yeni təyinat
-
09:59Yevda Abramovun dəfn ediləcəyi yer açıqlandı
-
09:56Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
-
19:56Könüllülər üçün konsert keçirildi (FOTO)
-
16:58İstirahət günlərinin hava proqnozu
-
15:37Prezident və birinci xanım Şamaxıda ağac əkdi (YENİLƏNİB/FOTO)
-
14:31Yunis Səfərovun cinayət işi məhkəməyə göndərildi
-
13:39Şənbə günü hava necə olacaq?
-
12:28Sabah MSK-nın Milli Məclisə növbədənkənar seçkilərlə bağlı iclası keçiriləcək
-
11:17Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri keçiriləcək
-
11:14Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı
-
10:49Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı qərar
-
10:22Mehriban Əliyevanın təşəbbüsü ilə bu gün ölkədə 650 min ağac əkiləcək
-
18:30Prezident Şamaxıda səfərdədir (FOTO)
-
16:39Növbədənkənar parlament seçkilərinin vaxtı bilindi (SƏRƏNCAM)
-
16:27Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
-
15:58Daşkəsəndə qarın hündürlüyü 16 sm-ə çatıb - FAKTİKİ HAVA
-
14:24ATƏT sədrindən Qarabağda müharibə anonsu: "Təhlükə hələ də var"
09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
Digər xəbərlər
-
Cəmiyyət, Fotolar, Vİdeo, Qaynari.nfo
Yevda Abramov dəfn edildi (YENİLƏNİB/FOTO/VİDEO)
-
Cəmiyyət, Fotolar
Azərbaycanda bir tona yaxın heroin tutuldu (FOTOLAR)
-
Cəmiyyət, Fotolar
Bərdə və Ağcabədidə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri açılıb (FOTOLAR)
-
Cəmiyyət, Fotolar
Rəsmilər Bibiheybət sürüşmə zonasında (FOTOLAR)
-
Cəmiyyət, Fotolar, Qaynari.nfo
Azərbaycan-iran sərhədində atışma: ölən var (FOTOLAR)
-
Cəmiyyət, Fotolar
Lənkəranda III Çay, Çəltik və Sitrus Festivalı başladı (FOTOLAR)
-
Cəmiyyət, Fotolar
“Xəzinə" mükafatının təqdimatı olub (FOTOLAR)
-
Cəmiyyət, Fotolar
Şamaxıya qar yağdı (FOTOLAR)
-
Cəmiyyət, Fotolar
Ramiz Mehdiyev Mirzə Cəlilin nəticəsinə hədiyyə verdi (FOTOLAR)