Leyla Əliyeva "Ürək"dən yazdı - VİDEO

Leyla Əliyeva "Ürək"dən yazdı - VİDEO
Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva növbəti şeirini təqdim edib.ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva bu dəfə "Ürək"dən danışıb. "Serdce" (Ürək) adlanan şeir sosial şəbəkədə yayılıb. "YouTube" video paylaşım portalında yerləşdirilən şeiri xanım səsləndirib. Video görüntü qısa müddət öncə yerləşdirilsə də, bir çox insan tərəfindən izlənilib. Qeyd edək ki, bundan öncə L.Əliyevanın "Ya uydu" (mən gedəcəyəm), "Böyüklər üçün sevgi" adlanan şeiri yayılmışdı. "Ya uydu" şeiri üçün Sergey Hodakovskiy tərəfindən videoçarx da hazırlanıb. Fevral ayının 24-ü “Ana” adlanan şeiri sosial şəbəkədə yerləşdirilmişdi. Bunlardan əlavə L.Əliyeva “Elegiya”, “Milyard dəfə”, “Mən gedəcəm”, "İnanmıram və səni tərk etmək istəmirəm", "Xoşbəxtlik" adlı şeirlərini oxuculara təqdim etmişdi. Şeirlərdən bəziləri əməkdar artist Ayan Mirqasımovanın ifasında səsləndirilib.ANN.Az

Xəbər lenti