Lənkərandakı zəlzələ anı: məhsullar yerə dağıldı, müştərilər qaçdı (VİDEO)

Lənkərandakı zəlzələ anı: məhsullar yerə dağıldı, müştərilər qaçdı (VİDEO)
Ötən gün Lerikdə baş verən güclü zəlzələ kameraya tuş gəlib. 

Ann.az xəbər verir ki, baku.ws-in əldə tdiyi görüntülərdən göründüyü kimi Lənkəranda yerləşən mağazalardan birində müşahidə kamerası zəlzələni anbaan lentə alıb. 

Kadrlarda mağazada məhsulların rəflərdən töküldüyü görünür. Mağazada olan müştərilər və satıcılar da dərhal küçəyə çıxırlar. Təkanlar daha çox Lənkəran və Lerikdə daha çox hiss edilib. 

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatda təkanların yerli vaxtla 16:57-də Lerik rayonu ərazisində qeydə alındığı bildirilib.

Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.


www.ann.az

Xəbər lenti