KTMT baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edildi

KTMT baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edildi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib.

Ann.az xəbər verir ki, bu barədə qurum Katibliyinin bəyanatında deyilir: "Ermənistan tərəfinin təşəbbüsü ilə Ermənistan Respublikasının nümayəndəsi Yuri Xaçaturovun KTMT baş katibi vəzifəsindən uzaqlaşdırılması proseduru müəyyən edilmiş qaydada başa çatıb".

KTMT baş katibinin vəzifələrinin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova həvalə edilib.

Qeyd edək ki, Ermənistanın yeni hökuməti eks-prezident Robert Koçaryan, sabiq müdafiə naziri Mikael Arutyunyan və Yuri Xaçaturova qarşı konstitusiya quruluşunun devirilməsi üzrə ittiham irəli sürülüb.

www.ann.az

Xəbər lenti