Krım tatarları Rusiyaya birləşməkdən narazılıq etdilər

Krım tatarları Rusiyaya birləşməkdən narazılıq etdilər
Rusiyanın Milli Məsələlər üzrə Federal Agentliyinin Krım tatarları arasında keçirdyi sorğuya əsasən, tatarlar Rusioyaya birləşmələrində müsbət amillər görmədiklərini deyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, respondentlərin 21%-i yarımadanın Rusiyaya birləşməsindən sonra həyatlarının müsbətə dəyişdiyini, 15%-i isə pisləşdiyin deyib. Krım tatarlarının 50%-i isə onların vəziyyətində heç bir dəyişkiliyin olmadığını söyləyiblər.

Soğruda iştirak edənlərin 60%-i Rusiya hökumətinin 18 ay ərzində yarımadada həll edə bildiyi bir problemin belə, adını çəkə bilməyib.

2014-cü ilin martında yarımadanı ilhaq edən Rusiya həmin ilin iyununda Krım tatarları icmasının sədri Mustafa Cəmilovu respublikaya buraxmaqdan imtina etmişdi.

www.ann.az

Xəbər lenti