Korrupsiyaya qarşı mübarizə BMT-də müzakirə olunacaq

Korrupsiyaya qarşı mübarizə BMT-də müzakirə olunacaq

Noyabrın 25-dən 29-dək Panamada BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv dövlətlərin V konfransı və Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) növbəti toplantısı keçiriləcək.

 

Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, tədbirlərdə azərbaycanlı deputat Bəxtiyar Əliyev də iştirak edəcək.

 

Dünyanın bir sıra aparıcı ölkələrinin mütəxəssislərinin dəvət olunduğu bu iclaslarda BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının tətbiqinin nəzərdən keçirilməsi, bu sahədə parlamentlərin rolu, əməkdaşlıq məsələləri, böyük korrupsiyaların təqib olunması və görülən işlər barədə fikir mübadiləsi aparılacaq. İclaslarda deputat B.Əliyev Azərbaycanda korrupsiya əleyhinə görülən tədbirlər haqqında məlumat verəcək, bu barədə fikirlərini bölüşəcək.

ANN.Az

Xəbər lenti