Koronavirusla bağlı şad xəbər (VİDEO)

Koronavirusla bağlı şad xəbər (VİDEO)
"Bu xəstəliyin ən gözəl tərəfi yoluxanların 81 faizinin yüngül keçməsidir. Çox az qızdırma, çox az öskürək əlamətləri olur. Yəni həkimə  getmədən keçir. Yalnız təxminən 4-5 faizi ağır keçirir və xəstəxanada müalicəsi tələb olunur". 

Ann.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Harmancı İTV-də yayımlanan "Diqqət mərkəzi" verilişində koronavirusdan danışıb:

"Koronavirusa yoluxanlar xəstəxanaya yatırılsa belə, təəssüf olsun ki, bu virusu öldürən dərman yoxdur. Yəni virusun spesifik müalicəsi yoxdur. Bu xəstələrə zaman qazandırmaq üçün ümumi orqanizmlərini möhkəmləndirəcək prosedurlar edirik və nəfəs almada çətinlik çəkirlərsə oksigen veririk. Lazımı müayinələr edirik".   

Hande Harmancı deyib ki, bu xəstəlik bütün ölkələrdə yayılacaq. Koronavirusun hansısa ölkədə aşkarlanmaması həmin yerdə bu virusun olmaması və olmayacağı mənasına gəlmir. Çünki bu virusa hər hansı insanın immuniteti yoxdur. Hansı ölkənin səhiyyə sistemləri zəifdirsə, bu ölkələr virusu daha gec aşkarlayacaqlar və ya ümumiyyətlə, aşkarlamayacaqlar. Təşvişə düşmək lazım deyil, ehtiyatlı olmaq lazımdır. Bu virus keçəcək. İnsanların həyatları davam edəcək. Virus dekabr ayında aşkarlandıqdan istilərin gəlməsi ilə virusun öləcəyini ehtimal edirir".

ÜST nümayəndəsi maskalarla bağlı da danışıb: "Maskalar çox önəmli, amma maskanı tibb işçiləri və xəstə şəxslər taxmalıdırlar".

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti