İcra Hakimiyyəti müavin təyinatı xəbərini təkzib etdi (YENİLƏNİB)

İcra Hakimiyyəti müavin təyinatı xəbərini təkzib etdi (YENİLƏNİB)
​Şirvan Şəhər İcra Hakimiyyəti Aynur İmamverdi qızı Fərzəliyevanın icra başçısının müavini təyin olunması ilə bağlı xəbəri təkzib edib.

Bu barədə Ann.az-a İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə kadr təyinatı olunmayıb.
 
22.01.2020
11.04
 
Şirvan Şəhər İcra Hakimiyyətində təyinat olub. 

Ann.az-ın Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı İcra Hakimiyyəti başçısı İlqar Abbasov əmr imzalayıb. 

Əmrə əsasən, Aynur Fərzəliyeva icra başçısına müavin təyin edilib. 

Qeyd edək ki, A.Fərzəliyevaya qədər bu vəzifəni Elmira Ağayeva icra edib. O, bir müddət əvvəl koronavirusdan dünyasını dəyişib. 

Tərəfdaşların xəbərləri

Xəbər lenti