Komitə sədri bu şəxslərə ev verilməsini təklif edir

Komitə sədri bu şəxslərə ev verilməsini təklif edir
Mingəçevirdə 1940-1950-ci illərdə tikilmiş taxta konstruksiyalı evlər qəzalı vəziyyətdədir.

Bunu Milli Məclisin (MM) plenar iclasında hökumətin hesabatı zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

"Fövqəladə Hallar Nazirliyi həmin evlərin qəzalı vəziyyətdə olması barədə rəy verib. Düşünürəm ki, hökumət bu məsələ barədə prezidentə məlumat versə, problem həllini tapar”, - deyən komitə sədri Milli qəhrəmanların da evlə təmin olunmasını təklif edib. 

Ə.Hüseynli deyib ki, bu gün ölkədə Milli qəhrəmanların İctimai Birliyi fəaliyyət göstərir və onlar ölkə başçısına Milli qəhrəmanlarla bağlı ayrıca qanunun hazırlanması təklifi ilə müraciət ediblər.

"Bu gün Azərbaycanda sağ olan və yaşayan az sayda Milli qəhrəmanlar var, evlə təmin olunmayıb. Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu nəzərə alıb, yaxın gələcəkdə onları evlə təmin etsə, yaxşı olardı”, - deyə o əlavə edib. (oxu.az)

www.ann.az

Xəbər lenti