Kolbasa və sosis alanda ehtiyatlı olun - VİDEO

Kolbasa və sosis alanda ehtiyatlı olun - VİDEO

Ekspertlər məsləhət görür ki, yediyimiz hər bir məhsulun tərkibinə daxil olan inqredientlərə nəzər yetirəkXaçmaz rayonu ərazisindəki meşə massivində at və eşşək cəsədlərindən ibarət qəbiristanlığın aşkarlanması bir çoxlarının bu heyvanların ətindən kolbasa, sosis və digər emal müəssissələrində təhvil verilərək istifadə etməsi ehtimalını yaradıb.Bu şübhələr alıcılarda kolbasa məmulatlarını aldıqda daha diqqətli olmağa vadar edib. Hətta bununla bağlı narahatlıq keçirən paytaxt sakinləri də var.Nəzərə alsaq ki, kolbasa və sosislərin istehsalında tək yerli xammaldan istifadə olunmur və süfrələrimizə gələn bu ət məhsullarında həm də xarici ölkələrdən gələn donmuş ətlər istifadə olunur, bu da narahatlığımızı birə beş artırır. Hələ kolbasa məhsullarının ətdən daha ucuz olması şübhə üçün yer qoymur. Amma bunun da bir açıqlaması var. Buna səbəb xaricdən gətirilən ətin yerli xammaldan daha ucuz olmasıdır.Standartlaşdırma üzrə dövlət nəzarəti xidmətinin baş məsləhətçisi, Əkbər Əliyev: “Toyuq dərisindən, digər konservantlardan istifadə halları ilə rastlaşırıq”.Biz azərbaycanlıların yemək menyusuna at ətindən olan məhsullar daxil deyil. Buna görə də at ətindən olan kolbasa ifadəsi belə bizdə ifrat hissi oyadır.Ekspertlər həmçinin məsləhət görür ki, yediyimiz hər bir məhsulun tərkibinə daxil olan inqredientlərə nəzər yetirək. Bu tərkibi bilmək ən azı bir sıra problemlərdən bizi qorumuş olar.ANN.Az

Xəbər lenti