KİV: Samirə Efendi "Eurovision 2021"də qalib ola bilər

KİV: Samirə Efendi
Böyük Britaniyanın nüfuzlu "Daily Express” nəşri "Eurovision 2021" mahnı müsabiqəsində Azərbaycanın qələbə qazanmasını istisna etməyib.

"Report” xəbər verir ki, yazı müəllifinə görə, proqnozlar qalibin İtaliya olacağını desə də, Azərbaycanın da birinci yerə çıxması üçün həqiqi imkanlara malikdir. Belə ki, əvvəllər "Yeni ulduz”, "Böyük Səhnə”, "Azərbaycanın Səsi” kimi televiziya şou müsabiqələrində iştirak etmiş müğənni Samirə Efendinin xeyli təcrübə topladığı bildirilir.

"Müğənni 2017-ci ildə "Silk Way Star” möhtəşəm beynəlxalq ifaçılıq televiziya layihəsində Azərbaycanı uğurla təmsil edib. Efendinin xeyrinə olan daha bir məqam "Nur-Sultanın səsi”ndə ölkəsini təmsil edərək bir çox başqa iştirakçıları arxada qoymağı bacarmasıdır”, – yazıda qeyd olunur.

Xatırladaq ki, müğənni Samirə Efendi bu il "Eurovision"da niderlandlı musiqiçilər Emi Van der Vel, Luk van Birs, Toni Kornelisson tərəfindən bəstələnən "Mata Hari” mahnısı ilə iştirak edərək finala vəsiqə qazanıb. Mayın 22-də keçiriləcək final konsertində müğənnimiz 21-ci nömrə ilə çıxış edəcək.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti