KİV: Sabah "OPEC+" ölkələri nazirlərinin görüşü keçiriləcək

KİV: Sabah
OPEC Katibliyi "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) ölkələrinin nazirlər səviyyəsində görüşünü iyun ayının 6-na təyin edib.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS danışıqlarda iştirak edən mənbəyə istinadən xəbər verir.

"Görüş bu şənbə baş tutacaq", - mənbə bildirib.

Qeyd edək ki, "OPEC+" ölkələri energetika nazirlərinin onlayn konfransının keçirilməsi bu ayın 9-10-na planlaşdırılırdı.

Xatırladaq ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti