Kişi deputatlar qadın həmkarlarını təhqir etdi - VİDEO

Kişi deputatlar qadın həmkarlarını təhqir etdi - VİDEO

Yunanıstan parlamentində bir qrup kişi deputat xanım deputatı təhqir edərkən, kameralara tuş gəliblər. 

ANN.Az-ın "Daily Mail"ə istinadən xəbərinə görə, xanım deputatlardan biri paltosunu oturacağına qoyaraq, qabaq sıralardan birində əyləşib, bu zaman isə kişi deputatlardan biri onun paltosuyla burnunu silməyə başlayıb, digər kişilər isə buna gülməyə başlayıblar. 

Hadisə keçən həftə, yeni prezidentin seçilməsiylə bağlı keçirilən ilkin müzakirələr zamanı baş verib. 

Paltonun sahibi müstəqil deputat Raçel Mekri hadisə barəsində sonradan şərh verib: "Bu hərəkəti eləyənlər uzunqulaqlardı, mən də uzunqulaqlar barədə uzun-uzadı danışıb vaxtımı itirmək istəmirəm".

Qadını təhqir edən iki deputat Tatsapulos və Psarionos sol qanad partiyası Sirizanın keçmiş üzvləridir, Yunan qəzetləri onların bu hərəkətini "Seksist və vulqar" adlandırıb. 

ANN.Az
 


 



Tərəfdaşların xəbərləri

Xəbər lenti