Kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq

12 Fevral 2019, 09:46
12 Fevral
2019
09:46
1252
"Bu il fevral ayının birinci ongünlüyü nisbətən mülayim keçdi. Şimaldan arktik hava kütlələrinin müdaxiləsi, demək olar ki baş vermədi. Nəticədə havanın orta temperaturu çoxillik norma göstəricilərindən 2,8 dərəcə yüksək oldu. Lakin ikinci ongünlükdə hava şəraiti dəyişəcək”.
Bu sözləri publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, son onillikdə (2009-2018–ci illərdə) yalnız 4 il havanın orta aylıq temperaturu iqlim normasından aşağı olub: "6 il isə 1,4-2,6 dərəcə yüksək olub. Ən isti fevral ayı isə 2002-ci ildə qeydə alınıb (orta aylıq temperatur iqlim normasından 3,3° yüksək), havanın maksimal temperaturu fevralın 26-da müsbət 23,5°-dək yüksəlib.
Müqayisə üçün demək olar ki, bu il fevralın ilk ongünlüyündə maksimal temperatur Bakıda 10-13 dərəcədən yüksək olmayıb. Qışda Abşeronun temperatur rejiminə Xəzərin yumşaldıcı effekti nəticəsində müsbət minimal temperaturlar üstünlük təşkil edir. Çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, Bakıda və Abşeron yarımadasında qış fəsli üçün orta minimal temperatur müsbət 3.2 0С təşkil edir.
Unikal səth örtüyü və coğrafi mövqeyi olan Abşeronda mənfi minimal temperaturlar və qarlı hava şəraiti o qədər də səciyyəvi deyil və əsasən Skandinaviya, Kars və Kontinental antisiklonların müdaxiləsi, bəzi hallarda Aralıq siklonları ilə bağlı olan soyuq hava cəbhələrinin keçməsi nəticəsində müşahidə edilir. Atmosferin ümumi sirkulyasiyasından və sinoptik proseslərdən asılı olaraq, fevral ayı yanvar ayından soyuq olur”.
U.Tağıyevə payızda bu qışın sərt keçəcəyi ilə bağlı verilən proqnozlardan da danışıb:
"Noyabr ayında internet məkanında, həmişə olduğu kimi, "qış çox sərt keçəcək” proqnozlarına bizim şərhimiz fərqli oldu. Fevral ayına olan proqnozda isə "havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağı olacağı” göstərilib. Müxtəlif mənbələrdən alınan, internet saytlarında və ya mobil telefonlarda olan hava proqnozları, bizim təşkilatın proqnozu, məhsulu deyil. Buna görə də, informasiya mənbəyi məlum olmayanda, dəqiq göstərilməyəndə, hörmətli oxucularımız bütün iradları bizə ünvanlayırlar.
Rəsmi məlumatlarımız, o cümlədən aylıq proqnozlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yerləşdirilir. Birinci ongünlükdən fərqli olaraq, artıq ayın ikinci yarısında ayrı-ayrı günlərdə havanın nisbətən soyuq keçəcəyi, arabir güclənən şimal küləyinin üstünlük təşkil edəcəyi, yağıntılı günlərin sayının artacağı gözlənilir”.
Şöbə müdiri onu da vurğulayıb ki, 1954-cü ildə Bakı şəhərində ən soyuq fevral ayı qeydə alınıb:
"Havanın orta aylıq temperaturu 0.7° şaxta olub ki, bu da iqlim normasından 5.6° azdır. Uzun müddət soyuq arktik hava kütlələrinin daxil olması nəticəsində havanın minimal temperaturu isə mənfi 8°-dək enib. Cox illik meteoroloji müşahidələrə görə ən aşağı temperatur Bakıda 1969-cu il fevralın 9-10-da qeydə alınıb. Həmin vaxt temperatur 9.6° şaxta olub. 1969-cu ildə fevralın 8-dən 26-dək respublikanın bütün ərazisində qar yağıb. Hündürlüyü 12 sm-dən 60-sm-dək olan sabit qar örtüyü müşahidə edilib.
Son 40 il ərzində isə 2012-ci il fevralın 8-də Bakıda rekord şaxta qeydə alınıb. Həmin gün havanın minimal temperaturu 11° şaxta təşkil edib. Bu proses zamanı Xəzər dənizi akvatoriyasının Azərbaycan sahillərində Nabrandan Sumqayıta qədər suyun donması qeydə alınmış, buz qatının qalınlığı sahil zonada 3-5 sm təşkil etmişdi.
2017-ci il fevralın 1-2-də Bakıda qar müşahidə edilib. Qar örtüyü əmələ gəlmiş və qar örtüyünün hündürlüyü fevralın 2-də Bakıda 29 sm təşkil edib. Dünya təcrübəsində aylıq proqnozlar ümumi xarakter daşıyır, ay ərzində üstünlük təşkil edən orta temperaturun və yağıntı rejiminin səciyyəsi verilir”.
www.ann.az
Xəbər lenti
-
16:12İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
-
14:48Seysmoloji Mərkəzdən açıqlama: Sabah 8 bal gücündə zəlzələ olacaq?
-
14:34Prezident teatr binasının təmirinə pul ayırdı
-
14:22Elçin Mustafayev: “Mayesiz qalan insanlarda böyrək daşının əmələ gəlmə ehtimalı olduqca yüksəkdir”
-
14:01Azərbaycan səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu
-
13:29İlham Əliyev bir sıra görüşlər keçirib (FOTOLAR)
-
13:15AZAL-ın təyyarəsi Ankaraya məcburi eniş etdi
-
13:13Sabah güclü külək əsəcək
-
12:22Ayağının amputasiya olunacağı deyilən Ramiz Əzizbəylidən şad xəbər (FOTOLAR)
-
11:40Martda bayramlarla əlaqədar 10 gün iş olmayacaq
-
10:56ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb
-
10:36Azərbaycanda uşaqlara Arenda, Təkər adları qoymaq istəyiblər
-
10:12Azərbaycan nefti ucuzlaşdı
-
10:09Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclası keçirilir
-
10:01Ramil Usubov yeni rəis təyin etdi
-
10:00Azərbaycan yenidən İsrailin kamikadze PUA-larını alır
-
09:23Balakəndə qəribə olay: Yaşayır, amma ölmüş kimi qeydiyyatdadır (VİDEO)
-
18:18Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır (R)
-
17:11Ramil Usubov Türkiyədə səfərdədir (VİDEO)
-
16:46Temperatur Bakıda 0 dərəcəyə enəcək, yollar buz bağlayacaq (AÇIQLAMA)
-
15:39Prezident nazir müavini təyin etdi
-
14:44İlham Əliyev səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi (FOTO)
-
14:37Sergey Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni əlaqələr hazırlanır"
-
13:31Bu şəxslərin pensiyası 30 faiz artacaq
-
13:11Qar sabah da davam edəcək, şaxta olacaq
-
12:23İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul etdi
-
12:09Qarlı hava şəraiti nə qədər davam edəcək? (AÇIQLAMA)
-
11:38Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11 sm qar yağıb - FAKTİKİ HAVA
-
11:30Bölgələrdə gənc könüllülər “Report”un fəaliyyətinə cəlb edilir (FOTO/VİDEO)
-
10:39Ramil Usubov generalın oğluna yüksək vəzifə verdi
-
10:23Prezidentin sakinlərlə səmimi söhbəti (VİDEO)
-
10:16Azərbaycanlı musiqiçi Avstriyada evləndi (FOTOLAR)
-
10:11Bakıda Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası başlayıb
-
10:00Bu yollarda 30 santimetr qar var - Hərəkət dayanıb
-
09:31Azərbaycanda 17 nəfərdə “donuz qripi” virusu aşkarlanıb (RƏSMİ)
-
17:59"Buta Airways"ın təyyarəsində nasazlıq yaranıb
-
17:27DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq etdi
-
17:20Prezident büdcədən Sumqayıta pul ayırdı
-
16:27Nazirdən açıqlama: Çörək bahalaşacaq?
-
16:12"Traktorsazi" Türk dünyasının tarixinə düşdü (FOTO/VİDEO)
19 Fevral 2019
18 Fevral 2019
Digər xəbərlər
-
Cəmiyyət, Qaynari.nfo
Seysmoloji Mərkəzdən açıqlama: Sabah 8 bal gücündə zəlzələ olacaq?
-
Cəmiyyət, Qaynari.nfo
Ramil Usubov yeni rəis təyin etdi
-
Cəmiyyət, Qaynari.nfo
Prezident nazir müavini təyin etdi
-
Cəmiyyət, Qaynari.nfo
Qarlı hava şəraiti nə qədər davam edəcək? (AÇIQLAMA)
-
Cəmiyyət, Qaynari.nfo
Ramil Usubov generalın oğluna yüksək vəzifə verdi
-
Cəmiyyət, Qaynari.nfo
Azərbaycanda 17 nəfərdə “donuz qripi” virusu aşkarlanıb (RƏSMİ)
-
Cəmiyyət, Qaynari.nfo
Azərbaycan əhalisinin sayı açıqlandı: neçə nəfər olduq?
-
Cəmiyyət, Qaynari.nfo
Ramil Usubov polis kapitanına vəzifə verdi
-
Cəmiyyət, Qaynari.nfo
Azərbaycanlı elm adamından sensasion açıqlama: “Ölümün də qarşısını ala biləcəyik”