Kerri: “Ukrayna hakimiyyəti xalqın səsini eşitməlidir”

Kerri: “Ukrayna hakimiyyəti xalqın səsini eşitməlidir”
ABŞ dövlət katibi Con Kerri Ukrayna hakimiyyətini xalqın səsini eşitməyə çağırıb. APA-nın verdiyi xəbərə görə, bu barədə  “Röyters” agentliyi məlumat yayıb.   “Hazırda biz Avropaya doğru atılan addımların Ukrayna xalqı tərəfindən dəstəkləndiyini görürük. Ukrayna hökuməti firavan yaşamaq istəyən xalqının səsini eşitməlidir. Bütün tərəflər özünü dinc aparmalıdır, bu gün Avropa dövlətində güc tətbiq etməklə nə isə həll etmək qeyri mümkündür”, deyə Kerri vurğulayıb.      ABŞ dövlət katibi əlavə edib ki, ABŞ Ukraynanın avrointeqrasiya yoluna qaytarılması üzərində çalışmağa hazırdır. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti