Kəlbəcərdə göldə boğularaq ölən zabit dəfn olundu (FOTOLAR)

Kəlbəcərdə göldə boğularaq ölən zabit dəfn olundu (FOTOLAR)
Kəlbəcərdə göldə boğularaq ölən Azərbaycan Ordusunun zabiti torpağa tapşırılıb.

"Report"un məlumatına görə, kapitan İlham Fərzəliyev Göygöl rayon ərazisində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn olunub.

Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, İ.Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var. O, Vətən müharibəsinin iştirakçısı olub və "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.








www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti