Kazan-Bakı aviareysi ləngiyir

Kazan-Bakı aviareysi ləngiyir
Bu gün səhər saatlarında Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən Bakıya yerinə yetirilməli olan aviareys ləngiyir. Heydər Əliyev Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, Kazanın «Ak Bars Aero» aviaşirkətinin saat 09:30-da Bakıya gəlməsi planlaşdırılan BG-551 nömrəli reys qrafik cədvəlinə uyğun yerinə yetirilməyib. Təyyarənin gecikmə səbəbi isə məlum deyil. Qeyd edək ki, bu istiqamətdə uçuşlar həftənin II günləri saat 09:30-da və IV günlər saat 16:30-da yerinə yetirilir.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti