Sirac Abışov son mənzilə yola salındı (YENİLƏNİB/FOTO)

Sirac Abışov son mənzilə yola salındı (YENİLƏNİB/FOTO)
Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalist, AzTV-nin operatoru Sirac Abışov dəfn olunub.

APA-nın xəbərinə görə, Sirac Abışov Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
 
11.02

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalist, AzTV-nin operatoru Sirac Abışovla vida mərasimi keçirilir.

APA-nın xəbərinə görə, Sirac Abışovun yaşadığı evdə - Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində keçirilən vida mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, media, ictimaiyyət nümayəndələri iştirak edir.

Şəhid jurnalist Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək.
 











 

Tərəfdaşların xəbərləri

Xəbər lenti