Jurnalist Nigar İsmayılqızı 34 yaşında vəfat etdi

Jurnalist Nigar İsmayılqızı 34 yaşında vəfat etdi
Jurnalist, yazıçı, Prezident təqaüdçüsü və Yazıçılar Birliyinin üzvü Nigar İsmayılqızı ağır xəstəlikdən sonra 34 yaşında vəfat edib.

"Report”un xəbərinə görə, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat yayıblar.

İsmayılova Nigar İsmayıl qızı 1984-cü il sentyabrın 13-də Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. AZTV, ATV və digər KİV-lərdə çalışıb. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və orada da telviziya sahəsində işləyib.

Allah rəhmət eləsin!

www.ann.az

Xəbər lenti