Jerar Depardye yenidən Azərbaycanda

Jerar Depardye yenidən Azərbaycanda

20 noyabrda Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı olacaq. Açılışda Azərbaycan və Fransanın birgə istehsalı olan, məşhur fransız aktyoru Jerar Depardyenin də rol aldığı "Qafqaza qayıdış" sənədli filminin təqdimatı olacaq. Jerar Depardye ilə yanaşı, filmdə illüstrasiyaçı rəssam Matyo Sapan, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundov da iştirak ediblər. 

Modern.az xəbər verir ki, “Qafqaza qayıdış” da 1858-ci ildə Qafqaza, o cümlədən Azərbaycana səyahət etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Dümanın "Qafqaz" əsərində yazdıqlarını incələyərək, onun izi ilə Jerar Depardyenin Azərbaycana səyahətindən bəhs olunur. Aleksandr Düma kimi Jerar Depardye də səyahət zamanı maraqlı insanlara rast gəlir, bir-birindən gözəl yerləri kəşf edir.

Filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Deviler, ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir.  

Modern.az

Xəbər lenti