İzmirdən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş etdi

İzmirdən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş etdi
"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi "Buta Airways"in sərnişin təyyarəsi J2 9042 nömrəli İzmir-Bakı aviareysini yerinə yetirərkən Gəncə beynəlxalq hava limanında məcburi eniş edib. 

Ann.az aviaşirkətə istinadən xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi (təzyiqinin qalxması) olub. Buna görə də, hava gəmisinin kapitanı məcburi eniş etməyə qərar verib. Avialayner Bakı vaxtı ilə saat 13:42-də Gəncədə uğurlu eniş edib. Sərnişinə təcili tibbi kömək göstərilib.

Göyərtəsində 102 sərnişin olan təyyarənin bu dəqiqələrdə uçuşu davam etdirəcəyi gözlənilir.

www.ann.az

Xəbər lenti