İzmirdə güclü zəlzələ: Bina çökdü

İzmirdə güclü zəlzələ: Bina çökdü
 
Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub.

Ann.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.
 
Zəlzələ zamanı İzmir şəhərinin Bayraklı rayonunda bina çöküb. Hadisə ilə əlaqədar axtarış-xilasetmə işlər başlanıb.



www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti