İTV-nin rəhbərliyində növbəti kadr dəyişikliyi

İTV-nin rəhbərliyində növbəti kadr dəyişikliyi

İctimai Televiziya və Radio Yayımları Şirkətində daha bir kadr dəyişikliyi olub.

Lent.az-ın məlumatına görə, televiziyanın proqram direktoru  Fuad Vəlixanov vəzifəsindən azad olunub. Onun yerinə İctimai Radionun proqram direktoru Abbas Rüstəmov təyin edilib. Radiodakı proqram direktoru vəzifəsinə isə təyinat olmayıb. 

Qeyd edək ki, Əməkdar incəsənət xadimi  F. Vəlixanov AzTV və Lider TV-də departament rəhbəri olub.  ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini işləyib. Cəmil Quliyev İTV-yə baş direktor seçildikdən sonra, F. Vəlixanov adıçəkilən kanala proqram direktoru təyin olunmuşdu.

ANN.Az

Xəbər lenti