İTV DİN-lə bağlı sifariş əsasında tənqidi material hazırlayıb? (AÇIQLAMA)

İTV DİN-lə bağlı sifariş əsasında tənqidi material hazırlayıb? (AÇIQLAMA)
Bir neçə gün öncə "İctimai” televiziyada polisin fəaliyyətini tənqid edən materialla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuatın sorğusunu cavablandırıb.

Ann.az Ehsan Zahidova ünvanlanan sualı və DİN rəsmisinin cavabını təqdim edir:

- Bir neçə gün öncə "İctimai” televiziyada polisin fəaliyyətini tənqid edən material nümayiş etdirildi. Bu ictimaiyyətdə təəccüb doğurmaqla yanaşı, həm də müxtəlif söz-söhbətlərə səbəb oldu. Sizə elə gəlmirmi ki, qeyd olunan material kimlərinsə sifarişi ilə hazırlanmışdı?

- Əvvəl onu qeyd edim ki, ölkəmizdə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən də "İctimai” televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb, polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər. Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən "İctimai” televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririrk. O ki, qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır. Bütün televiziya kanalları, o cümlədən "İctimai” televiziya ilə əməkdaşlığımız bu gün də daha yüksək səviyyədə davam edir.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti