İtkin pilotumuzun nəşi tapıldı

İtkin pilotumuzun nəşi tapıldı
İyulun 24-ü axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Ann.az xəbər verir ki, bunu unikal.org-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

O vurğulayıb ki, hazırda mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. 

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

www.ann.az

Xəbər lenti