İtaliyada vəfat edən Eldar Əliyevin nəşi Azərbaycana gətiriləcək (RƏSMİ)

İtaliyada vəfat edən Eldar Əliyevin nəşi Azərbaycana gətiriləcək (RƏSMİ)
Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. 

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Dövlət  Miqrasiya Xidmətinə müraciət olunub. 

"Onun nəşinin vətənə gətirilməsi üçün şəxsi pasport məlumatlarına ehtiyac var. O, sonuncu dəfə 2000-ci ildə pasport alıb. Arxiv məlumatlarını əldə etdikdən sonra müvafiq sənədlər toplanılaraq İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət olunacaq”, - deyə məlumatda qeyd olunur. 

Qeyd edək ki, İtaliyada çalışan opera müğənnisi Eldar Əliyev avqustun 4-də Milan şəhərində 49 yaşında vəfat edib. 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti